Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Tədbir Quba şəhər Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə təşkil olunub.
Tədbirdə uşaqların əmək hüquqları, bu sahədə qanunvericiliyin tələbləri, eləcə də uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Tədbirdə uşaq əməyinin istismarına qarşı mübarizənin əhəmiyyəti vurğulanıb, məcburi əmək və insan alverinin qarşısının alınmasında birgə fəaliyyətin və maarifləndirmə işlərinin vacibliyi qeyd olunub.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb.