Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbir Quba rayonu Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təşkil olunub və tədbirdə liseyin 60 şagirdi iştirak edib.
İştirakçılara əmək hüquqları, bu sahədə qanunvericiliyin tələbləri, eləcə də uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Tədbirdə uşaq əməyinin istismarına qarşı mübarizənin əhəmiyyəti vurğulanıb, məcburi əmək və insan alverinin qarşısının alınmasında birgə fəaliyyətin və maarifləndirmə işlərinin vacibliyi qeyd olunub.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb.