Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ağdaş şəhər Müşfiq İsayev adına tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.
“Uşaqların əmək hüquqları” mövzusunda təşkil olunan tədbirdə məktəbin 12 şagirdi və 14 əməkdaşı iştirak edib.
Tədbirdə iştirakçılara uşaqların əmək hüquqları, bu sahədə qanunvericiliyin tələbləri, eləcə də uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.