Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları Vətən Müharibəsi Qəhrəmanı şəhid Cəbrayılov Sübhan Rahim oğlunun ailəsini Salyan şəhərində ziyarət ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən S.Cəbrayılov “Vətən Müharibəsi Qəhrəmanı” adı, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Xidmət əməkdaşları ailənin sosial vəziyyəti ilə maraqlanıb.
Şəhidin ailəsinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.