Yanvar-mart ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan 10 333 müraciət müvafiq qaydada araşdırılaraq cavablandırılıb.
Xidmətin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilən vətəndaşların sayı isə 3 247 nəfər olub.
Daxil olan müraciətlər əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və digər sahələrlə bağlı olub.
Hər bir müraciət qanunvericiliyin tələbləri əsasında cavablandırılıb, sorğu xarakterli müraciətlərə isə müvafiq izahatlar verilib.