Ad, soyad, ata adı: Rəhimov Azər Eldar oğlu
Elektron poçt: azar.e.rahimov@sosial.gov.az
Qəbul günləri: Bazar ertəsi
Qəbul saatları: 11:00 - 13:00
1981-ci ildə Bakı şəhərində anadan olub.
2002-ci ildə Bakı Dövlət Universitetində bakalavr, 2004-cü ildə magistr dərəcəsini alıb.
2010-cu ildə Bakı Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə, 2025-ci ildə isə elmlər doktoru proqramı üzrə doktorantura təhsilini bitirib.
2003–2019-cu illərdə dövlət və özəl sektorda müxtəlif vəzifələrdə çalışıb.
2014-cü ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
2019–2025-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində müxtəlif vəzifələrdə çalışıb.
2025-ci ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.
Hüquq üzrə fəlsəfə doktorudur.