Adı, Soyadı, Ata adı: Bağırov Fərid Tofiq oğlu:
Elektron poçt: farid.baghirov@sosial.gov.az
Qəbul günü: Bazar ertəsi
Qəbul saatı: 11:00-13:00
1979-cu ildə anadan olub.
1999-cu ildə “Təfəkkür” Universitetinin hüquq fakültəsinin bakalavr pilləsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin magistr pilləsini bitirib.
2000-2002-ci illərdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Nəsimi rayon Vergilər İdarəsində Dövlət vergi müfəttişi vəzifəsində çalışıb.
2002-2006-cı illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamentində işləyib.
2006-cı ildə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında çalışıb.
2006-2007-ci illərdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində işləyib.
2007-2009-cu illərdə Azərbaycan Respublikası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsində çalışıb.
2009-2020-ci illərdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif vəzifələrdə işləyib.
2020-2021-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində çalışıb.
2022-ci ilin avqust ayından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini vəzifəsində işləyir.